11 C
Baku
Monday, November 25, 2024

Tokayev: “Rəqəmsal nəqliyyat sistemi” formalaşdırılmalıdır”

“Türk dövlətləri arasında nəqliyyat dəhlizlərini inkişaf etdirmək lazımdır”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT sammitində çıxışı zamanı deyib.

O bildirib ki, nəqliyyat və tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə edilməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, yüklərin rəsmiləşdirilməsi prosedurunu optimallaşdıracaq, nəqliyyat sənədlərinin operativ mübadiləsini təmin edəcək və beynəlxalq bazara çıxış üçün əlavə imkanlar yaradacaq “rəqəmsal nəqliyyat sistemi” formalaşdırılmalıdır.

“Dövlətlərimiz Qərb ilə Şərqi, Şimal ilə Cənubu birləşdirir. Buna görə də hazırkı keçid dövründə nəqliyyat və tranzit kommunikasiyalarının, xüsusən də üç qardaş dövlətin – Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf etdirilməsi xüsusi önəm qazanır”, – o diqqətə çatdırıb.

Tokayev deyib ki, təkcə son 15 ildə Qazaxıstan nəqliyyat və logistika sənayesinin inkişafına 35 milyard dollar vəsait ayırıb.

Prezident vurğulayıb ki, TDT-yə üzv dövlətlər arasında alternativ dəmir yolu və avtomobil marşrutlarının inkişafı, eləcə də sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi üçün lazımi tədbirlər görülməlidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər