13 C
Baku
Sunday, November 24, 2024

“Ukraynanın Aİ-yə üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək” – Borel

“Ukraynanın Avropa İttifaqına üzv olması Avropanın siyasi xəritəsini dəyişəcək”.

Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.

O bildirib ki, Rusiya ərzaq böhranından silah kimi istifadə edir. Ali nümayəndə deyib ki, indi aktual mövzu artan enerji, qidalanma və inflyasiya böhranını həll etməkdir: “Biz geosiyasi gərginliyin artdığını görürük. Aİ kimin məsuliyyət daşıdığını aydınlaşdırmaq və müharibənin nəticələrinin öhdəsindən gəlmək üçün Ukraynanı dəstəkləyir. Qlobal multiböhranın əsas səbəbi Rusiyanın Ukraynaya təcavüzüdür”.

C.Borel, həmçinin Aİ-nin geosiyasi əhəmiyyətli qərarlarını xatırladıb: “Biz hücuma məruz qalan bir ölkənin özünü müdafiə etməsi üçün silahlanmasına kömək etdik. Rusiyadan enerji asılılığımıza son qoyuruq. Həmçinin Ukraynaya Aİ-yə üzvlük üçün namizəd statusunu verdik. Bütün bunlar Avropanın siyasi xəritəsini dəyişəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər