15 C
Baku
Sunday, November 24, 2024

Rusiya Co Baydenin ən yaxın adamlarının adını “stop-list”ə daxil edib

Rusiya Xarici İşlər Nazirliyi 200 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Siyahıya ABŞ prezidenti Co Baydenin qardaşları və bacıları, həmçinin bir sıra nazirlərin, senatorların adları daxil edilib.

“Bayden administrasiyası tərəfindən təkcə Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həmçinin Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni sanksiyalara cavab olaraq bir sıra ABŞ vətəndaşlarına Rusiyaya girişi qadağan edilir”, – Rusiya XİN-in bəyanatında deyilir.

Son xəbərlər
Digər xəbərlər