Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri rus işğalçılarının itkiləri artıq 80 mini keçib. Son bir gündə ölən hərbçilərinin sayı 800-dən çox olub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, düşmənin ümumi döyüş itkiləri təqribən 80 210 (son sutka ərzində 810) şəxsi heyətlə ləğv edilib.
Bundan əlavə, düşmənin 2838 tankı, 5730 zirehli döyüş maşını, 1829 artilleriya sistemi, 393 MLRS, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, operativ PUA-ları məhv edilib.