13 C
Baku
Saturday, November 23, 2024

Macarıstan İsveçin NATO-ya üzvlüyünü yaxın vaxtlarda ratifikasiya edə bilər

“İsveçin NATO-ya qəbul olunması və bununla bağlı protokolun Macarıstan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı məsələlərlə əlaqədar Budapeştdən müsbət siqnallar gəlir”.

Bunu İsveçin xarici işlər naziri Tobias Billström Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Biz inanırıq ki, bu, payız ərzində, hətta yaxın həftlərədə baş versin. Macarıstan proseduru ratifikasiya etdikdən sonra bircə Türkiyə qalır. Buna baxacağıq, bildyiniz kimi Türkiyə ilə bağlı məsələ fərqli haldır”.

İsveç XİN başçısı deyib ki, Macarıstan parlamenti onun ölkəsinin NATO-ya qəbul olunması ilə bağlı protokolu dekabrın ortalarına qədər ratifikasiya edə bilər.

“Budapeştdən gələn siqnal çox pozitivdir və düşünürəm ki, ratifikasiyaya mane olan səbəb də yoxdur, biz şərtləri yerinə yetirmişik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər