10 C
Baku
Wednesday, December 11, 2024

Qlobal gübrə çatışmazlığı 2023-cü ilə qədər davam edəcək

Qlobal gübrə çatışmazlığı 2023-cü ilə qədər davam edəcək. Bu da fermerlərin idxal olunan kənd təsərrüfatı məhsullarından çox asılı olduğu Afrikada ərzaq təhlükəsizliyini təhdid edəcək.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “Qlobal Gübrə Bazarları və Siyasətləri” adlı birgə araşdırmasında deyilir.

Qeyd olunub ki, Ukraynadakı münaqişə, yüksək inflyasiya, tədarük zəncirlərindəki pozulmalar və qlobal iqtisadi tənəzzül kimi amillər gübrələrin və kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsinə səbəb olub. Nəticədə bir çox ölkələrdə gübrələr və kənd təsərrüfatı məhsulları məhdudlaşıb.

“G20 hökumətlərinə qida, yem və gübrə bazarlarını açıq saxlaması və gübrə ticarətində, o cümlədən ÜTT qaydalarına zidd olan ixrac məhdudiyyətlərindən çəkinməklə, fasilələri minimuma endirməsi tövsiyə olunur”-, araşdırmada deyilir.

Bildirilib ki, beynəlxalq maliyyə dəstəyinin artırılması və risklərin idarə edilməsi alətlərinin istifadəsi də daxil olmaqla, ən həssas ölkələr üçün gübrələrə çıxışın təmin edilməsi zəruridir.

Bu araşdırmada qeyri-sabit kimi xarakterizə olunan gübrə bazarının vəziyyəti və onun kənd təsərrüfatı istehsalına təsiri təhlil edilir, G20 hökumətləri üçün qlobal tələbatın ödənilməsi və ərzaq böhranının qarşısının alınması üçün gübrə bazarının davam etdirilməsinin vacibliyini vurğulayan tövsiyələr verilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər