ABŞ-nin Florida ştatında yerləşən məşhur 17 mərtəbəli hotel “Deauville Beach Resort” partladılaraq sökülüb.
2017-ci ildə hoteldə güclü yanğın baş verdikdən sonra yararsız hala düşüb. Bunun ardınca binanın qəzalı vəziyyətdə olduğu elan olunub və bağlanıb.
Qeyd edək ki, sözügedən hotel 1957-ci ildə Mayaminin mərkəzində açılıb və həmin gündən etibarən böyük populyarlıq qazanıb. Hotel ümumilikdə 538 otağa sahib olub. Amerikanın sabiq Prezidenti Con Kennedi, müğənni və aktyor Frenk Sinatra və Britaniyanın rok qrupu “The Beatles” və digər məşhurlar bu hotelin qonağı olub.