16 və 17 noyabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) |
ISIN |
Qeydiyyataalınmış məbləğ (manat) |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nomi nal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2033024707 |
30,000,000 |
16.11.2022 |
30,000,000 |
100 |
300.000 |
14.12.2022 |
84 |
AZ2034024706 |
30,000,000 |
16.11.2022 |
30,000,000 |
100 |
300.000 |
08.02.2023 |
168 |
AZ2035024705 |
30,000,000 |
17.11.2022 |
30,000,000 |
100 |
300.000 |
04.05.2023 |
252 |
AZ2036024704 |
30,000,000 |
17.11.2022 |
30,000,000 |
100 |
300.000 |
27.07.2023 |
Hərracın gedişi zamanı hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq (1 rəqabətli və 1 qeyrirəqabətli) olmamalıdır.
Bir bank tərəfindən verilmiş rəqabətli sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır və qeyri-rəqabətli sifarişinin həcmi rəqabətli sifarişinin həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər. Hərrac zamanı təqdim edilən rəqabətli sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.