14 C
Baku
Saturday, October 19, 2024

“İnvestor” Stimullaşdırıcı lotereyasının üç qalbi elan edilib

“İnvestor” Stimullaşdırıcı lotereyasının 15 noyabr 2022-ci il tarixində dördüncü, yəni sonuncu tirajı keçirilib.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Dördüncü tirajda 14 sentyabr – 14 noyabr tarixlərində müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılmışdır və həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilərək hər birinə 1000 manat qazanmışdır. Qaliblər bunlardır:

  • İrina Yakovenko (Bilet nömrəsi İST 0773)
  • Elçin Eyvazov (Bilet nömrəsi İST 0257)
  • Jozef Jaroslaw Dawidczyk (Bilet nömrəsi İST 0708)

Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası ümumilikdə 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 manat qazanmaq şansı təqdim edir.

“Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası 9 mart 2022-ci il və 15 noyabr 2022-ci il tarix aralıqlarında 4 tirajda keçirilmişdir. İlk tiraj 10.05.2022-ci ildə, ikinci tiraj 13.07.2022-ci ildə, üçüncü tiraj isə 14.09.2022-ci ildə keçirilmişdir”- deyə, BFB-dan bildirilir.

Son xəbərlər
Digər xəbərlər