Pentaqon “Rusiya raketlərinin Polşaya düşməsi ilə bağlı” məlumatı hələlik təsdiq və ya təkzib edə bilmir.
Bununla bağlı Pentaqon sözçüsü Patrik Rayder mətbuat konfransında deyib.
Pentaqonun sözçüsünün sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi Rusiya raketlərinin Polşanı vurması ilə bağlı mətbuatdakı məlumatlardan “xəbərdardır”: “Mən sizə onu deyə bilərəm ki, bu xəbərləri təsdiqləmək üçün hazırda bizim heç bir məlumatımız yoxdur və hazırda bu barədə ətraflı araşdırma aparırıq”.
“Təhlükəsizliklə bağlı öhdəliklərimizə və NATO müqaviləsinin 5-ci maddəsinə gəldikdə, mən spekulyasiya etmək istəmirəm. Lakin biz artıq aydın şəkildə bəyan etmişik ki, biz NATO ərazisinin hər qarışını qoruyacağıq”.