“Hazırda banklar, sığorta şirkətləri, fondlar, varlı insanlar böyük həcmlərdə dövlət istiqrazları alıb saxlayırlar”.
Bunu “Azfinans” investisiya şirkətinin direkoru İntiqam Səfərəliyev deyib.
O bildirib ki, istiqrazlar faiz gətirən və heç bir vergi xərci olamayan nağd pul kimidir. Hazırda Azərbaycanda BOKT-ların korporativ istiqrazları geniş yayılıb və illik 11-14% gəlir təmin edir.
“1 il əvvəl proqnoz etdik ki, dünyada istiqraza investisiya dövrünə daxil oluruq. Bu halda ən etibarlı və yüksək gəlir əldə etmək üçün BOKT-lara istiqraz emissiya etmələrini təklif etdik. BOKT-lar banklardan 70%-dən daha az risk daşıyır. Eyni zamanda, 2-4% daha çox gəlir vəd edir” – deyə İ. Səfərəliyev əlavə edib.