Ötən ay Türkiyədə xarici ölkə vətəndaşlarının aldığı mənzillərin sayı açıqlanıb.
Azərbaycan vətəndaşları bu siyahıda onuncudur. Belə ki, oktyabr ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 99 mənzil alıblar.
Rusiya vətəndaşlarından Türkiyədə mənzil alanların sayı isə kəskin artıb. Ruslar bu siyahıda birinci pillədədir (2023 mənzil). İran vətəndaşları 498 mənzillə ikinci, İraq vətəndaşları isə 310 mənzil sayı ilə üçüncü yerdədir.
Ümumilikdə ötən ay ərzində xarici ölkə vətəndaşları Türkiyədən 5 min 377 mənzil alıblar.