10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanın qaz ixracından gəliri 14 milyard dolları keçdi

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın 34 milyard 711 milyon dollarlıq ixracın 32 milyard 235 milyon dolları və ya 93.13%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 10 ayında 17 milyard 180 milyon dollarlıq xam neft, 14 milyard 653 milyon dollarlıq təbii qaz ixrac edilib.

Ötən ilin eyni dövründə 11 milyard 220 milyon dollarlıq xam neft, 2 milyard 951 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, gəlirlər xam neft ixracından 53%, təbii qaz ixracından isə 4.9 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər