2 C
Baku
Saturday, December 14, 2024

“BP Exploration” SOCAR-KBR ilə müqavilə imzalayıb

“BP Exploration (Shah Deniz) Limited” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağında yeni layihə üzrə SOCAR-KBR birgə müəssisəsi ilə mühəndislik xidmətlərinin optimallaşdırılması üzrə müqavilə imzalayıb.

Layihə yekun investisiya qərarından əvvəlki mərhələdədir.

Bildirilib ki, SOCAR-KBR optimallaşdırmanı dəstəkləyəcək və BP üçün mühəndislik xidmətləri göstərəcək. Buraya yeni platformanın mövcud sistemə inteqrasiyası və enerji təchizatı üçün mühəndis həlləri də daxildir.

Qeyd edilib ki, “Şahdəniz” yatağındakı yeni kompressor stansiyası Xəzər hövzəsində əməliyyatların ən qabaqcıl texnologiyalar əsasında məsafədən həyata keçiriləcəyi ilk platforma olacaq.

Xatırladaq ki, SOCAR-KBR Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və KBR-nin birgə müəssisədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər