Yaponiyada istehlak inflyasiya oktyabrda 3.6%-ə yüksəlib ki, bu da son 40 ilin ən yüksək göstəricisi olub. Bu barədə “Kyodo” agentliyi hökumətin məlumatlarına istinadən məlumat yayıb.
Ölkədə inflyasiya Yaponiya Mərkəzi Bankının proqnozlaşdırılan 2% səviyyəsini keçib. Eyni zamanda, Yaponiya Bankının rəhbəri Haruhiko Kuroda hesab edir ki, inflyasiya davamlı olmayacaq və buna görə də pul siyasətində təcili dəyişiklik tələb olunmur.
Sentyabrda ölkədə inflyasiya 3%-ə çatıb.