Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Tunisin Cerbada şəhərində keçirilən Frankofoniya Təşkilatının 18-ci Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatına sədrliyini yüksək qiymətləndirib və Tunisdə keçirilən sammit çərçivəsində aparılan müzakirələrə toxunublar, təşkilatın prioritetləri və gələcək planları ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin, Nikol Paşinyan və Emmanuel Makron Ermənistan, Fransa, Azərbaycan liderlərinin və Avropa İttifaqı Şurasının prezidentinin oktyabrda Praqada keçirilən dördtərəfli görüşündən sonra da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində addımların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.