“İnternational Leasing” ASC-nin 2026-cı ilin birinci yarısında xalis mənfəəti illik müqayisədə 61.3% artaraq 273.16 min manatdan 440.64 min manata çatıb.
Banker.az bu barədə lizinq şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.
Şirkətin faiz gəlirləri 2025-ci ilin ilk yarısındakı 463.62 min manatdan 86% artaraq 2026-cı ilin eyni dövründə 861.65 min manata yüksəlib. Həmçinin faiz xərcləri də artaraq 122.02 min manatdan 341.93 min manata çatıb.
“International Leasing” ASC-nin cəmi aktivləri illik müqayisədə 2.4 dəfə artaraq 2 milyon 959 min manatdan 7 milyon 120 min manata yüksəlib. Şirkət tərəfindən müştərilərə verilmiş kreditlərin həcmi 2.7 dəfə artaraq 2 milyon 522 min manatdan 6 milyon 831 min manata çatıb
“İnternational Leasing” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmlərinin 45%-i Nicat Həsənova, 45%-i onun qardaşı Rifat Həsənova, 10%-i isə Leyla Cabbarovaya məxsusdur.







