3 C
Baku
Saturday, December 14, 2024

Yaponiya Rusiya qınağını dəstəkləməyən ölkələrə maliyyə yardımı göstərəcək

Yaponiya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyən BMT qətnaməsinə qarşı çıxan ölkələrə 12.8 milyard yen (91.1 milyon dollar) maliyyə yardımı ayırmaq qərarına gəlib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Hökumətin İnkişafına Yardım (Official development assistance, ODA) proqramının bir hissəsi olaraq, xüsusilə Laosa 2.9 milyard yen (21 milyon dollar), Vyetnama – 1.7 milyard yen (12 milyon dollar), İrana – 1.6 milyard yen (11 milyon dollar) həcmində yardımın ayrılması təklif olunur.

Yaponiya Maliyyə Nazirliyi XİN-i bu xərclərə yenidən baxmağa çağıraraq, ODA-nın “strateji istifadəsinə” ehtiyac olduğunu bildirib. Qeyd edirik ki, yardımlar beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək.

Bundan əvvəl, noyabrın 14-də BMT Baş Assambleyası Rusiyanı Ukrayana qarşı “beynəlxalq hüququn pozulmasına” görə, o cümlədən təzminatların ödənilməsinə görə məsuliyyətə cəlb etməyə çağıran qətnamə qəbul edib.

Son xəbərlər
Digər xəbərlər