14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan buğda idxalında Rusiyanın payını azaldır, Qazaxıstanın isə artırır

Azərbaycan 2022-ci ildə idxal etdiyi yumşaq buğdada Rusiya Federasiyasının payını azaldıb.

Banker.az rəsmi statistik rəqəmlərə istinad edir ki, idxal edilən buğdanın payında Rusiyanın payı 2021-ci ilin ilk 9n ayında 97% olduğu halda, cari ildə bu rəqəm 78%-ə düşüb.

Cari ilin ilk üç rübündə ənənəvi olaraq iki MDB ölkəsindən ümumilikdə 741.48 min ton və ya $260.71 mln.-luq yumşaq buğda idxal edib. Bunun da 581.2 min tonu, yaxud $206.19 mln.-ı Rusiyadan, 160.23 min tonu və ya $54.52 mln.-ı Qazaxıstandan alınıb.23432234342

Azərbaycan təkcə sentyabr ayında Rusiyadan 201.06 min ton ($66.95 mln.) və Qazaxıstandan isə 2.52 min tonu ($1 mln.) buğda alınıb.

Aylar üzrə qiymətlərə diqqət yetirdikdə, Azərbaycan buğdanın hər tonunu xaricdən yanvarda $347 aldığı halda, payız yığımları ərəfəsində $333-ə almış olub.

Azərbaycanda idxal edilmiş buğdanın orta dəyəri
Aylar Dəyər, $
Oktyabr 2021 288.9
Yanvar 2022 358.6
Fevral  2022 354.7
Mart  2022 314.7
Aprel  2022 343.5
May 2022 417.6
İyun  2022 424.1
İyul  2022 383.4
Avqust  2022 351.6
Sentyabr  2022 333.0

Cari ilin fevralında Rusiya-Ukrayna müharibsəinin başlaması ticarət zəncirində baş verə biləcək ticarət zənciri qırılması, Rusiyanın ixraca rüsum tətbiqi və eləcə də Ukraynanın xarici bazarlara Qara dənizdə müharibə təhdidi ilə taxılı sərbəst ticarət edə bilməməsi səbəbindən xeyli bahalaşıb. Buğdanın bir buşeli xarici birjada $8-dən $11-ə qədər bahalaşdırmışdı. Lakin indi bir qədər qiymətlər səngiyib, $8.11 səviyyəsinə qədər eniş etməklə əvvəlki qiymətlərə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər