Qərb ölkələri Moskvanın Kiyevə qarşı müharibəsi fonunda Rusiyanın enerji təchizatından imtina etdikləri üçün Çindən yeni asılılıqlar yaratmamaq istiqamətində diqqətli olmalıdırlar.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Madriddə keçirilən 68-ci sessiyasında çıxışı zamanı xəbərdarlıq edib.
“Biz Çinin kritik infrastrukturumuza, təchizat zəncirlərimizə və əsas sənaye sektorlarımıza nəzarət etmək üçün artan səylərini görürük.
Biz avtoritar rejimlərə zəifliklərimizdən istifadə etmək və bizi sarsıtmaq üçün heç bir şans verə bilmərik”, – Stoltenberq vurğulayıb.