13 C
Baku
Sunday, November 24, 2024

Türkiyə, Rusiya və İran Suriya üzrə razılığa gəliblər

Türkiyə, Rusiya və İran Suriyada terrorçu qrupların artan fəaliyyətini pisləyir və terrorizmə qarşı birgə mübarizəni davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bu qruplaşmalar təkcə Suriyanın ərazi bütövlüyünü deyil, həm də qonşu ölkələrin milli təhlükəsizliyini təhdid edir. “Astana” formatının iştirakçıları həmçinin Suriyanın şimalı ilə bağlı bütün razılaşmaların yerinə yetirilməsinin və bu respublikanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyə, Rusiya və İran İsrailin Suriyada davam edən və bölgədə gərginliyi artıran və beynəlxalq hüququ pozan hərbi hücumlarını pisləyib. Tərəflər həmçinin Suriya böhranının hərbi yolla həllinin olmadığını vurğulayıblar və BMT-nin dəstəyi ilə Suriya vətəndaşlarının rəhbərlik etdiyi “uzunmüddətli siyasi prosesin” irəliləməsinə sadiqliklərini təsdiqləyiblər.

Son xəbərlər
Digər xəbərlər