14 C
Baku
Saturday, November 23, 2024

“Milla”ya cərimə protokolu yazılıb

“AZ FP CO LTD” MMC-yə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə inzibati cərimə yazılıb.

Banker.az xəbər verir ki, protokola Abşeron Rayon Məhkəməsində baxılacaq və işə baxan hakim Sevinc Quliyevadır.

Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə) maddəsi ilə tərtib edilib.

Xatırladaq ki, “AZ FP CO LTD” MMC 2006-cı ildə yaradılıb və ölkədə “Milla” brendi ilə süd məhsulları çıxarmaqdadır.

Son xəbərlər
Digər xəbərlər