Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nguema noyabrın 20-də keçirilən seçkilərdə səslərin 95%-ni toplayaraq qalib gəlib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Nəticələrə əsasən, 43 ildir hakimiyyətdə olan 80 yaşlı Obianq 6-cı dəfə prezident seçilib.
Qeyd edək ki, o, dünyanın ən uzun müddət hakimiyyətdə qalan prezidentidir.