15 C
Baku
Sunday, November 24, 2024

Lavrovun Minskə səfəri təxirə salınıb

Rusiya xarici işlər naziri Sergey Lavrovun 27-28 noyabr tarixlərində Belarus paytaxtı Minskə planlaşdırılan işgüzar səfəri təxirə salınıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Lavrovun Minskə səfərinin Belarus XİN başçısı Vladimir Makeyin ölümü ilə əlaqədar təxirə salındığı bildirilib.

Qeyd edək ki, Vladimir Makey noyabrın 26-da qəflətən vəfat edib.

Son xəbərlər
Digər xəbərlər