10 C
Baku
Thursday, December 12, 2024

Bərgüşadçay su anbarı üçün Türkiyə şirkətinə 4.3 milyon manat veriləcək

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Proyapı Mühəndislik və Müşavirlik Anonim Şirkəti” Azərbaycan Respublikasındakı filialı və Sepa Mühəndislik A.Ş. birgə müəssisəsi ilə 4.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4 258 384 manatdır.

Qeyd edək ki,  Bərgüşadçay su anbarının yeri isə topoqrafik və mürəkkəb geoloji şərait nəzərə alınmaqla ən optimal variant olaraq Qubadlı şəhərindən yuxarıda – Bəxtiyarlı kəndinin yaxınlığında yaradılması təklifi qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər