Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzooyan deyib.
Nazir söyləyib ki, rəsmi İrəvan Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid edir.
O bildirib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər: “Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir”.
Nazirin sözlərinə görə, İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır.