“Kipr bizim milli məsələmizdir. Biz zəmanət və müttəfiqlik müqavilələri çərçivəsində görülməli olan işləri görmüşük və bunu davam etdirəcəyik”.
Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulisi Akar Şimali Kipir Türk Cumhuriyyətinin (ŞKTC) Qurtuluş Gününün 39-cu illiyinə həsr olunan tədbirdə deyib.
Nazir bildirib ki, ölkəsinin və ŞKTC-in hər zaman sülhdən yana olduğunu və barışıq üçün uzadılan əlin hər zaman rədd edildiyini deyib.
Hulusi Akar bidirib ki, digər tərəfdən ölkəsi Yunanıstanla əlaqələri effektiv şəkildə davam etdirir.
“Biz sülh və danışıqların tərəfdarıyıq. Biz Türkiyə ilə Yunanıstan arasındakı problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq. Hamı bilməlidir ki, biz nə kiprli qardaşlarımızın, nə də öz hüquqlarımızın tapdalanmasına icazə verməyəcəyik. “Sülh”, “hüquqlarımızı qoruyacağıq” demək heç bir şəkildə təhdid və zəiflik demək deyil”, – deyə nazir bildriib.
Türkiyənin milli müdafiə naziri deyib ki, Yunanıstandakı bəzi qüvvələr etdikləri ilə həm özlərinin, həm də xalqın təhlükəsizliyini şübhə altına salır.
“Yunanıstandakı bəzi siyasətçilər təəssüf ki, bizim sülh təşəbbüslərimizi məhv edir, iki ölkənin hüquq və mənafelərini öz daxili münaqişələrinə qurban verirlər. Eyni zamanda, bu siyasətçilər öz hərəkətləri ilə xalqının təhlükəsizliyini və rifahını təhlükə altına qoyurlar. Biz hər zaman dialoqun tərəfdarı olduğumuzu demişik. Lakin hüquqlarımızı və qanunlarımızı pozmayacağıq”,- deyə Hulusi Akar bildirib.