10 C
Baku
Wednesday, December 11, 2024

Əmlakın, avtomobillərin alqı-satqısı və ipoteka qoyulması proseduru elektronlaşdırılır

Əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsi elektronlaşdırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Notariat haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə görə, dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər