14 C
Baku
Saturday, May 4, 2024

NATO Ukraynaya əlavə yardım ayırmağı planlaşdırır

“NATO Ukraynaya əlavə yardım ayırmaq niyyətindədir”.

Bunu Alyansın Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, Rusiyanın endirdiyi raket zərbələri nəticəsində Ukraynaya ciddi ziyan dəyib.

Y.Stoltenberqin sözlərinə görə, NATO ölkələri Ukraynanı “MiQ-29” və ya “F-16” qırıcıları ilə təmin etmək ideyasını nəzərdən keçirir: “Tammiqyaslı işğalın əvvəlində bu ideyadan imtina edilmişdi. Lakin indi hava məkanında Ukraynaya üstünlüyünün təmin edilməsi üçün yenidən bu ideya nəzərdən keçirilməlidir”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər