“Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi” publik hüquqi şəxsi “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə DOST Agentliyi və tabeliyində olan təşkilatların maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 446 276 manatdır.