®ABB TamKart debet Classic, TamKart debet Standart və Azercell Co-brend kartları üzrə daha sərfəli şərtlərlə yeni kampaniyaya start verib.
Kampaniya çərçivəsində qeyd olunan kartları ABB Mobile tətbiqi və ya Bankın rəsmi saytı vasitəsi ilə onlayn qaydada artıq pulsuz sifariş etmək mümkündür. Bu kartlarla “Kartdan-karta xidməti”ndən istifadə və nağdlaşdırma imkanları da genişləndirilib.
Beləki, müştəri aylıq 7 min manatlıq və ekvivalentində limit çərçivəsində heç bir komissiya haqqı ödəmədən ölkədaxili bütün banklara “Kartdan-karta” pul köçürə, yaxud nağdlaşdırma apara bilər. Nağdlaşdırmanı ölkədəki bütün bankların ATM-lərində komissiyasız aparmaq mümkündür.
30 dekabr tarixinədək davam edəcək kampaniyanın şərtləri əsasında TamKart debet Classic, TamKart debet Standart və Azercell Co-brend kartlarında qalığa hesablanan faiz dərəcəsi də 7%-dək artırılıb. Bununla da kart hesabında vəsaiti olan müştəri indi 7% illik əlavə qazanc əldə edir.
Yeni şərtlərin daha bir mühüm üstünlüyü də var. Müştəri bu kartları ABB Mobile tətbiqi vasitəsi ilə sifariş etdikdə, kartı anında tətbiqdə görə bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.