10 C
Baku
Tuesday, November 26, 2024

Rusiya XİN Bundestaqın Qolodomoru soyqırımı kimi tanımasına münasibət bildirib

“Bundestaqın Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnaməsi Ukraynada kök salan və Qərbin sponsorluq etdiyi Rusiyadan iblis obrazı yaratmaq kampaniyasına haqq qazandırmaq cəhdidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Həmin vaxt təkcə Ukraynada deyil, bütün SSRİ-də dəhşətli aclıq hökm sürüb və milyonlarla insanın həyatına son qoyub. Bundestaq bu barədə susub. Almaniya parlamentinin hakim koalisiyadan və müxalif partiyalardan olan deputatları bunu unudaraq, ultra-millətçi, nasist və rusofob qüvvələrin təklifi ilə Ukrayna hakimiyyətinin bəslədiyi siyasi və ideoloji mifi qətiyyətlə dəstəkləmək qərarına gəliblər. Bu, Ukraynaya yerləşdirilmiş və Qərbin Rusiyanı iblisləşdirmək, etnik ukraynalıları ruslara, Rusiya və keçmiş SSRİ-nin digər xalqlarına qarşı qoymaq kampaniyasının sponsorluğuna haqq qazandırmaq və təşviq etmək üçün növbəti cəhddir. Almaniya Bundestaqının 1932-1933-cü illərin dəhşətli aclığı ilə bağlı spekulyasiya etdiyi qeyd olunan təxribatçı hərəkətinin aşkar səbəbi var. Almanlar öz tarixlərini yenidən yazmağa və İkinci Dünya müharibəsi zamanı törətdikləri dəhşətlərə görə tövbəni unutdurmağa çalışırlar”, – Rusiya XİN-in bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Almaniyanın siyasi elitası Sovet İttifaqının adına yazılan və Ukrayna milli radikallarının uydurduğu soyqırımı aktından istifadə edərək öz günahını yüngülləşdirməyə çalışır.

Qeyd edək ki, Almaniya Bundestaqı Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər