10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda iri və makro bizneslər üçün kredit şərtləri sərtləşir

2022-ci ilin III rübü üzrə banklar tərəfindən biznes kreditləri üzrə standartlarda yumşalma əsasən kreditlərin müddəti üzrə olmuşdur və IV rübdə trendin daha da yüksələcəyi proqnozlaşdırılır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin üçüncü rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

“Biznes kreditləşməsi üzrə kredit siyasəti” hissəsində olan sorğu nəticələrinə əsasən cari ilin III rübündə xarici valyutada biznes kreditləri üzrə siyasətdə daha çox sərtləşmə olduğu, lakin bu siyasətin IV rübdə yumşaldılması proqnozlaşdırılır.

Sorğu nəticələrinə əsasən, bankların iqtisadiyyatın spesifik sahələri üzrə pozitiv gözləntiləri, kredit risk iştahası və kredit portfelinin keyfiyyəti kredit standartlarına müəyyən yumşaldıcı təsir, inflyasiya, məzənnə, uçot dərəcəsi və ümumi iqtisadiyyata dair gözləntilər sərtləşdirici təsir göstərib.

Eyni zamanda, 2022-ci ilin II rübündən fərqli olaraq III rübdə borcalanların təminatlarının keyfiyyətinə dair risklər və bankın iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər kredit standartlarına sərtləşdirici təsir göstərib.

Ötən rüb ilə müqayisədə digər banklarla rəqabət və bankın likvidlik mövqeyinin biznes kreditləri üzrə standartlara təsiri aşağı olmuşdur.

Banklar ötən rübdən fərqli olaraq təminatların reallaşdırılmasına dair risklərin və ümumi iqtisadi gözləntilərin III rüb ərzində kredit standartlarına sərtləşdirici təsir göstərdiyini bildirib.

AMB əlavə edir ki, 2022-ci ilin III rübündə biznes portfeli, o cümlədən KOS kreditlərinin verilmə şərtlərində əsasən yumşalmalar olub.

Yumşalmalar əsasən kreditlərin faiz dərəcəsi, aşağı riskli kreditlərə tətbiq olunan marja, komissiya və təminat şərtləri ilə bağlı olub. Ötən rübdən fərqli olaraq məhdudlaşdırıcı meyarlar üzrə dəyişiklik olmayıb.

İri sahibkarlıq və mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin şərtlərində bu ilin II rübü ilə müqayisədə nisbətən sərtləşmə baş verib.

213123112312123123131313113312

Son xəbərlər
Digər xəbərlər