11 C
Baku
Monday, November 25, 2024

Paşinyanla Filip Riker Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Bu barədə Ermənistanın baş nazirinin administrasiyası bildirib.

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.

Bildirilib ki, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək. Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər