Türkiyə Qara dənizin 2.2 min metr dərinliyində 280 tonluq qaz rezervuarı quraşdırıb. Əməliyyat 20 saat davam edib.
Beləliklə, Qara dəniz qazı quruya bir az da yaxınlaşıb: “Peçenek” adı verilən nəhəng paylayıcı rezervuar quyulardan gələn qazı toplayaraq, onu əsas boru kəmərinə birləşdirəcək.
Məlumata görə, akvatoriyada irimiqyaslı anbarın quraşdırılması cərrah dəqiqliyi ilə həyata keçirilib.
O da vurğulanır ki, Sakarya qaz yatağında Türkiyə Neft Şirkəti (TPAO) qruplarının işi, demək olar ki, gecə-gündüz davam edir.
Ekspertlərin hesablamalarına görə, Qara dənizin dibində yeni yataqların işlənməsi Türkiyənin idxal qazından asılılığının 30% azalmasına səbəb ola bilər.