Azərbaycandan qaz idxalını artırmağı düşünürük.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Xəzər dənizini İtaliya ilə birləşdirən Trans-Adriatik boru kəmərinin (TAP) Azərbaycandan böyük həcmdə təbii qaz idxalı üzrə fəaliyyətinin genişləndirilməsinin nəzərdən keçirildiyini deyib.
Yunan KİV-lərinin yaydığı məlumata görə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istismara verilməsi regionu daha perspektivli, enerji təhlükəsizliyini təmin edəcək gələcəyə doğru aparır.