Bu ilin 10 ayı ərzində 52 min nəfərə əlillik təyin edilib.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
O bildirib ki, bunun 16700-ü ilkin əlillik, qalanı isə təkrar müraciət nəticəsində aparılan əlilliklərdir:
“Əlillik üçün müraciət edənlər arasında onkoloji xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir”.