Avropa Komissiyası (AK) Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmağı cinayət məsuliyyətinə cəlb etmək təklifini təsdiqləyib və belə bir pozuntuya görə “ümumi əsas cəza standartları”nın yaradılmasını təklif edib.
Bu barədə Aİ-nin ali icraedici orqanının bəyanatında deyilir .
Bəyanata əsasən, Aİ-nin sanksiyalarını pozan şəxslər 5 il müddətinə azadlıqdan məhrum edilə bilər. Bu halda şirkətlər il ərzində ümumi qlobal dövriyyənin ən azı 5%-i həcmində cərimə ala bilərlər.
“Təklif edilən direktiv bütün üzv dövlətlərdə eyni səviyyədə cəzalar təyin edəcək, beləliklə, mövcud hüquqi boşluqları bağlayacaq və Aİ sanksiyalarının pozulmasının qarşısının alınması effektini artıracaq” – bəyanatda deyilir.
Avropa Komissiyası həmçinin Aİ sanksiyalarının pozulmasının ciddi cinayət olduğunu qeyd edib.
İndi bu təşəbbüs Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir .