9 C
Baku
Wednesday, November 27, 2024

Qarşılayın: Xalq Bankın yeni rəqəmsal məhsulu – Digital Card!

®Xalq Bankın yeni istifadəyə verdiyi Digital Card XalqOnline istifadəçiləri üçün nəzərdə tutulan rəqəmsal  debet kartdır. Kartı banka gəlmədən birbaşa XalqOnline tətbiqində yaradıb, aktivləşdirmək mümkündür. 

Digital Card vasitəsilə rahatlıqla onlayn ödənişlər həyata keçirə və kartı Google Pay və Apple Pay cüzdanlarına əlavə etməklə təmassız ödənişləri icra etmək olar. Kart AZN valyutasında və pulsuz təqdim edilir, istifadə müddəti 1 ildir.

Rəqəmsal kartın sahibi kart balansını artırmaq üçün Bankın filiallarında və ya Cash-In tipli bankomatlarında mədaxil edə, yaxud Card-to-Card xidmətindən yararlana bilər. 

Bank məhsulları, eləcə də yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, həmçinin www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər