2 C
Baku
Saturday, December 14, 2024

“PwC” 2 milyon manata Dövlət Agentliyində audit yoxlaması aparacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “PricewaterhouseCoopers Audit Azərbaycan” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun olaraq hazırlanacaq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları (BAS) üzrə auditi xidmətləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 006 000 manatdır.

Xatırladaq ki, “PricewaterhouseCoopers Audit Azərbaycan” məhdud məsuliyyətli cəmiyyəti PwC-nin Azərbaycandakı üzv şirkətidir.

Son xəbərlər
Digər xəbərlər