Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur.
Bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik təklif edilir.
Təklif olunan dəyişikliyə əsasən, qanunun 42-ci maddəsi yeni redaksiyada verilir və maddəyə yeni bənd (42.3) əlavə olunur.
Yeni bəndə əsasən, uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.
Dəyişiklik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.