13 C
Baku
Saturday, November 23, 2024

“Rent Center” sığorta müqaviləsinə görə “Atəşgah” Sığorta ilə məhkəmə çəkişməsindədir

Azərbaycanda fəaliyyət göstərən “Atəşgah” sığorta şirkəti məhkəməyə verilib.

Banker.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı “Rent Center” MMC məhkəməyə müraciət edib.

Şirkətin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir. İki şirkət arasında sığorta müqaviləsi üzrə mübahisələrə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim isə Vidadi Məmmədov təyin edilib.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

“Rent Center” MMC Azərbaycanda geniş çeşiddə icarə xidmətləri göstərən şirkətdir.

Son xəbərlər
Digər xəbərlər