Peru Prezidenti Dina Boluarte vəzifəsinin icrasına başladıqdan sonra Nazirlər Şurasının (hökumət) yeni tərkibini təsdiqləyib.
Bu barədə RPP radiostansiyası məlumat yayıb.
Hökumətə anti-korrupsiya üzrə keçmiş prokuror Pedro Anqulo Arana başçılıq edəcək. Xarici işlər nazirinin keçmiş müavini, əvvəllər Kanada və ABŞ-da baş konsul vəzifəsində çalışmış Ana Sesiliya Qervasi isə xarici işlər naziri təyin olunub. Perunun yeni müdafiə naziri Alberto Atarola təyin edilib.