Türkiyənin Nəqliyyat Nazirliyi bazar günü bildirib ki, təxminən 475 min ton neft daşıyan dörd xarici neft tankeri lazımi sığorta sənədlərini təqdim edib.
Nazirliyin Dəniz İşləri Baş İdarəsi “Twitter”də bəyan edib ki, onların dekabrın 12-də Qara dənizdən Bosfor boğazına daxil olacaqları gözlənilir.
Açıqlamada qeyd olunur ki, dekabrın 1-dən Türkiyə xam neft tankerlərinin boğazlardan keçməsi üçün əlavə sığorta tələbləri tətbiq etdikdən sonra 24 gəmidən 8-i bu tələbi yerinə yetirərək, Qara dənizdən Bosfor boğazına keçidi başa çatdırıb.
“12 tanker hələ də lazımi sənədləri təqdim etməyib. Mərmərə dənizində 4 tanker sənədlərini təqdim edərək Egey dənizinə daxil olub”, – məlumatda bildirilib.