10 C
Baku
Monday, November 25, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 8%-dən çox artıb

2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13053,6 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.2 faiz çox vəsait yönəldilmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14.7 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24.5 faiz artmışdır.

İstifadə olunmuş vəsaitin 7161.1 milyon manatı və ya 54.9 faizi məhsul istehsalı sahələrinə, 5069.1 milyon manatı (38.8 faizi) xidmət sahələrinə, 823.4 milyon manatı (6.3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10081 milyon manatını və ya 77.2 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9596.1 milyon manatı və ya 73.5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48.4 faiz, büdcə vəsaitləri 37.3 faiz, əhalinin şəxsi vəsaitləri 7.8 faiz, bank kreditləri 2.7 faiz, sair vəsaitlər isə 3.8 faiz təşkil edib.

Son xəbərlər
Digər xəbərlər