15 C
Baku
Sunday, November 24, 2024

Yeni BOKT yaradıldı, Samir İsgəndərov ona direktor təyin edildi

Azərbaycanda daha bir yeni bank olmayan kredit təşkilatı (BOKT) bazara girmək istəyir.

Banker.az xəbər verir ki, bu, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

BOKT-a iki ay öncə “BOKT Embafinans” QSC-nin sədri  vəzifəsindən ayrılaraq, “Optimal Finance” BOKT MMC-nin Müşahidə Şurasına sədr getmiş Samir İsgəndərov Xangiz oğludur.

“Caspian BOKT” MMC-nin nizamnamə kapitalı Mərkəzi Bankın minimal tələbi 300 000 manata bərbaərdir. BOKT, Bakı şəhəri Yasamal rayonu, B.Bağırova, ev 15, m. 42 ünvanında dövlət qeydiyyatına alınıb.

BOKT-un kredit bazarına çıxışı Mərkəzi Bank onun müraciəti əsasında lisenziya təqdim etməklə təmin edir

Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Cari ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2022-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.

Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.

Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:

  • təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • təşkilati strukturu haqqında məlumat;
  • inzibatçıların Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
  • maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
  • inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  • xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
  • lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
  • Bu Qaydaların 2.1.4 – 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
  • AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

 

Son xəbərlər
Digər xəbərlər