Avropa İttifaqı həftə Ukraynaya 18 milyard avro kredit ayrılmasını təsdiqləyəcək

Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri dekabrın 15-16-da Brüsseldə keçiriləcək sammitdə Ukraynaya ümumilikdə 18 milyard avro məbləğində makromaliyyə kredit yardımı proqramını təsdiq edəcəklər.

Bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.

“Avropa İttifaqı Şurasında Çexiyanın sədrliyi sayəsində liderlər sammitdə Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramını təsdiq edə biləcəklər”, – deyə o bildirib.

Bundan əvvəl Avropa Komissiyası bəyan etmişdi ki, bu proqram Kiyevə güzəştli kreditlər şəklində təqdim olunacaq, o, Ukrayna dövlət büdcəsinin cari ehtiyaclarını ödəməyə yönəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər