“Bis Co” Məhdud Məsuliyyətli Cəmiyyəti “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, işin mahiyyəti açıqlanmayıb.
İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb.