13 C
Baku
Saturday, November 23, 2024

Sosial Tədqiqatlar Mərkəzi zərərdən mənfəətə keçdi

Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs 2021-ci ili 3 milyon 40 min manat mənfəətlə başa vurub. STM 2020-ci ildə 530 min manat zərər etmişdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il Sosial Tədqiqatlar Mərkəzinin əsas əməliyyat gəlirləri 4 milyon 788 min manat, icarə haqqı xərcləri 84 min manat, haqq və komissiya xərcləri 6 min manat, əmək haqqı xərcləri 964 min manat, DSMF ayırmaları 236 min manat, inzibati və digər əməliyyat xərcləri 182 min manat olub.

STM-in 2021-ci ildə cəmi aktivləri 2.5 dəfə artaraq 5 milyon 78 min manat, cəmi kapitalı 2.5 dəfə artaraq 5 milyon 77 min manata çatıb.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə yaradılıb, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli sərəncamı ilə Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

s2 s1

Son xəbərlər
Digər xəbərlər