Bu ilin 11 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3.9% artıb.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, bu dövrdə elektrik enerjisinin istehsalı 26 260.3 mln. kVt/st, ixracı 2 546.8 mln. kVt/st, idxalı isə 126.3 mln. kVt/st təşkil edib.